"Taliban"la müqavimət cəbhəsi arasında toqquşma olub, ölənlər var

Digər ölkələr
  • 16 oktyabr, 2021
  • 19:11
Talibanla müqavimət cəbhəsi arasında toqquşma olub, ölənlər var

Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində yenidən Milli Müqavimət Cəbhəsi döyüşçüləri ilə "Taliban" qüvvələri arasında silahlı toqquşmalar başlayıb.

"Report" bu barədə Əfqanıstan İslam Agentliyinə istinadən xəbər verir.

Toqquşmalarda azı 7 vəzifəli şəxs öldürülüb.

Agentliyin məlumatına görə, ölənlər arasında Federal Vergi Xidmətinin iki komandiri də var.

Hadisənin digər təfərrüatları hələ açıqlanmır.

44 filmi