"Taliban"la Milli Müqavimət Cəbhəsi arasında silahlı toqquşmalar başlayıb

Digər ölkələr
  • 07 yanvar, 2022
  • 21:03
Talibanla Milli Müqavimət Cəbhəsi arasında silahlı toqquşmalar başlayıb

Əfqanıstanın şimalındakı Pəncşir əyalətində "Taliban" silahlıları ilə Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında silahlı toqquşmalar başlayıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Aamaj News" agentliyi məlumat yayıb.

Həmid Xorasaninin komandanlığı altında "taliblər" Ünəba bölgəsində müqavimət qüvvələrinə qarşı əməliyyata başlayıb.

Tərəflərin itkiləri ilə bağlı hələlik məlumat verilmir.

Sentyabrın 6-da "Taliban" sözçüsü Zəbihullah Mücahid bildirib ki, Pəncşir tamamilə onların nəzarətinə keçib, bu səbəbdən Əfqanıstanda müharibə başa çatıb. Milli Müqavimət Cəbhəsi öz növbəsində "Taliban"la qarşıdurmanın davam etdiyini elan edərək, ölkənin bütün sakinlərini ümummilli üsyana çağırıb.

44 - Tezliklə