Taliban Əfqanıstanda vilayət qubernatorunu qətlə yetirib
Digər ölkələr
- 14 iyun, 2015
- 18:56
Bakı. 14 İyun. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində yerləşən Taxar vilayətində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində vilayət qubernatoru və onun üç cangüdəni həyatını itirib.
"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, hücum Əfqanıstan rəsmilərinin ölkənin şimal bölgələrində son zamanlar zorakılıqların artmasına görə qonşu Pakistanda ordunun hücumlarından qaçan yaraqlıları günahlandırdığı bir vaxt baş verib.
Talibanın sözçüsü Zəbihullah Mücahid bomba hücumuna görə məsuliyyəti qrupun öz üzərinə götürdüyünü bildirib. Hadisə yüzlərlə yaraqlının Helmənd vilayətində təhlükəsizlik mənqələrinə hücum edərək 17 zabiti qətlə yetirməsindən bir neçə gün sonra baş verib.
Son xəbərlər
19:48
"Səbail" "Sakaryaspor"la heç-heçə edib
Futbol19:41
Rusiyanın Jitomirə endirdiyi zərbə nəticəsində 2 polis ölüb, 20 nəfər yaralanıb
Digər ölkələr19:35
Paşinyan ordudakı intihar probleminin həlli üçün işçi qrupu yaradıb
Region19:26
Almaniya Çernobıl AES-in qoruyucu konstruksiyasının bərpası üçün 50 milyon avroyadək vəsait ayıracaq
Digər ölkələr19:11
NATO: Alyans ölkələri İran tərəfindən gələn istənilən təhdidə qarşı durmağa hazırdır
Digər ölkələr19:01
AFFA-nın Lisenziya Komissiyasının iclasında "Goranboy" OİK-in sənədlərinə baxılıb
Futbol18:57
Foto
Naxçıvanda avtomobil 2 motosikletlə toqquşub, yaralılar var
Hadisə18:50
Ramiz Zerruki: "Qarabağ" təcrübəli komandadır"
Futbol18:49