"Taliban" 43 tərəfdarını yüksək vəzifəyə təyin edib
Digər ölkələr
- 08 noyabr, 2021
- 07:38
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı öz tərəfdarlarından 40-dan çoxunu ölkənin əyalətlərində güc strukturlarında ən mühüm vəzifələrə təyin edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın "Ariana News" telekanalı məlumat yayıb.
Bildirilib ki, əyalət qubernatorları, onların müavinləri və regional polis idarələrinin rəisləri də daxil olmaqla, Əfqanıstan bölgələrində əsas vəzifələrə 43 “Taliban” nümayəndəsi təyin edilib. Belə ki, paytaxt vilayətinin qubernatoru vəzifəsini Kari Baryal tutub.
Qeyd olunub ki, həyata keçirilən təyinatlar Əfqanıstanda hərəkatın hakimiyyəti ələ keçirməsindən sonra “Taliban”ın elan etdiyi kadr siyasəti sahəsində ən iddialı addımdır.
Son xəbərlər
23:10
Abşeronda qonşular arasında baş verən münaqişə ölümlə nəticələnib
Hadisə23:06
Azərbaycanın Çexiyadakı səfirliyində anım tədbiri keçirilib
Xarici siyasət22:48
Əzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq
Region22:32
Güclü fırtına ABŞ-ın şimal-şərqində 75 minə yaxın insanı işıqsız qoyub
Digər ölkələr22:16
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Hadisə22:05
Azərbaycan millisini Litva ilə oyunda 100 azarkeş dəstəkləyəcək
Futbol21:43
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Digər ölkələr21:29
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
Region21:15