​Suriya-Türkiyə sərhədində baş vermiş terror aktı zamanı 35 nəfər ölüb

Digər ölkələr
  • 14 avqust, 2016
  • 20:48
​Suriya-Türkiyə sərhədində baş vermiş terror aktı zamanı 35 nəfər ölüb

Bakı. 15 avqust. REPORT.AZ/ Suriyanın Türkiyə ilə sərhədində, Atme kəndində güclü partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Əl-Ərəbiyə" telekanalı xəbər verib.

Məlumata görə, partlayış nəticəsində 35 nəfər həlak olub. Ölənlərin əksəriyyətinin Suriya müxalifətinin üzvləri olduğu bildirilir.

"Sinxua" agentliyinin məlumatına görə isə, partlayışı terrorçu kamikadze törədib. O, müxalifətə məxsus "Suriya Azadlıq Ordusu" qruplaşmasının avtobusunda özünü partladıb.