Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1 600-ü ötüb
Digər ölkələr
- 07 fevral, 2023
- 10:52
Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1 600- ü keçib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyadakı nümayəndə heyətinin rəhbəri Mads Brinç Hansen bildirib.
O qeyd edib ki, hadisə nəticəsində 1602 nəfər ölüb, 3 649 nəfər yaralanıb və 175 bina uçub.
Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
Qeyd edək ki, dünən, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
Son xəbərlər
17:12
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
Din16:57
Azərbaycanda əmlak sığortası bazarı 24 %-ə yaxın böyüyüb
Maliyyə16:46
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Hadisə16:39
"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır
Futbol16:32
Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatıb - YENİLƏNİB
Digər ölkələr16:23
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
Hadisə16:10
Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb
Digər ölkələr16:09
"Azəralüminium" ixrac gəlirlərini 46 % artırıb
Sənaye16:03
Foto