Suriyada ordu ilə üsyançılar arasında toqquşmalarda 50-dən çox adam ölüb

Digər ölkələr
  • 08 avqust, 2015
  • 14:04
Suriyada ordu ilə üsyançılar arasında toqquşmalarda 50-dən çox adam ölüb

Bakı. 8 avqust. REPORT.AZ/ Suriyada hökümət qüvvələrinin ölkənin şimal-qərbindəki Latakiya vilayətində həyata keçirdiyi hücum nəticəsində ən azı 50 üsyançı öldürülüb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Rabiya yaşayış məntəqəsində baş verən döyüşlərdə üsyançılara məxsus 10 ədəd zirehli hərbi texnika da məhv edilib.

Öldürülənlərin əksəriyyətinin əcnəbilər olduğu bildirilir.

44 - Tezliklə