Suriyada kamikadzenin özünü partlatması nəticəsində 22 nəfər ölüb, 33 nəfər yaralanıb - VİDEO

Digər ölkələr
  • 03 oktyabr, 2016
  • 19:30
Suriyada kamikadzenin özünü partlatması nəticəsində 22 nəfər ölüb, 33 nəfər yaralanıb - VİDEO

Bakı. 3 oktyabr. REPORT.AZ/ Suriya kürdlərinin Əl-Hasak rayonunda keçirilmiş toy mərasimi zamanı terror hadisəsi baş verib.

"Report"un məlumatına görə, bu barədə "Kurdistan24" portalı xəbər yayıb.

Məlumata görə, terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı 22 nəfər ölüb. Partlayış zamanı həmçinin 33 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Suriyada kamikadzenin özünü partlatması nəticəsində 22 nəfər ölüb, 33 nəfər yaralanıb - VİDEO

44 - Tezliklə