Suriya ordusu "İŞİD"in mühasirəsində olan hərbi bazaya yaxınlaşıb

Digər ölkələr
  • 10 noyabr, 2015
  • 17:32
Suriya ordusu İŞİDin mühasirəsində olan hərbi bazaya yaxınlaşıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Suriya ordusu "İŞİD"in iki ildir Hələb şəhəri yaxınlığında mühasirədə saxladığı hərbi bazaya yaxınlaşıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, "Kveyras" bazasında müdafiə olunan 800-dən artıq hərbçi ilə "əlaqəni bərpa" edən hərbi birliklər çox sayıda terroçunu məhv edib.

Bununla belə "İŞİD"-ə məxsus dəstələrin hələ də baza yaxınlığındaki bir sıra mövqeyə nəzarət etdiyi qeyd olunur.

44 - Tezliklə