​Suriya müxalifəti Cenevrədəki danışıqları yarımçıq tərk edib

Digər ölkələr
  • 20 aprel, 2016
  • 10:26
​Suriya müxalifəti Cenevrədəki danışıqları yarımçıq tərk edib

Bakı. 20 aprel. REPORT.AZ/ Bəşşar Əsəd rejiminə müxalif qüvvələrin Suriya üzrə Ali Dialoq Komitəsindəki təmsilçilərinn yarısı Cenevrədəki toplantını yarımçıq tərk edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu komitədəki nümayəndələrin müşaviri Yəhya əl-Aridi bildirib.

Onun sözlərinə görə, Cenevrədə hələlik Bəşşar Əsədin informasiya naziri Omran az-Zoubi qalıb: "Əgər danışıqlar davam etməsə, onun da qalmasına ehtiyac yoxdur".