Suriya hakimiyyəti Palmira üzərində nəzarətin itirildiyini təsdiq edib

Digər ölkələr
  • 11 dekabr, 2016
  • 16:29
Suriya hakimiyyəti Palmira üzərində nəzarətin itirildiyini təsdiq edib

Bakı. 11 dekabr. REPORT.AZ/ Suriyanın hökumət qüvvələri mövqeyini İŞİD silahlılarına verərək Palmira şəhərini tərk edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu bəyanatla Homs əyalətinin qubernatoru Taləl Barrazi çıxış edib.

Onun sözlərinə görə, hökumət qoşunları şəhər yaxınlığında nəzarəti geri qaytarmaq üçün terrorçularla döyüşü davam etdirir.