Suriya böhranının həllinə dair növbəti dördtərəfli görüşün tarixi məlum olub

Digər ölkələr
  • 23 oktyabr, 2015
  • 15:39
Suriya böhranının həllinə dair növbəti dördtərəfli görüşün tarixi məlum olub

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ, Rusiya, Türkiyə və Səudiyə Ərəbistanının xarici işlər nazirləri arasında Suriya böhranının həllinə dair növbəti görüş oktyabrın 30-da keçiriləcək. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri məlumat verib. 

Bu arada Səudiyyə Ərəbistanının XİN başçısı Adel əl-Cübeyr deyib ki, Vyana görüşünün iştirakçı dövlətləri Suriya böhranının Cenevrə Konvensiyası əsasında həllinə razıdırlar: "Görüşdə Suriyanın demokratik ölkəyə çevrilməsi və ərazi bütövlüyünün pozulmaması fikri ifadə olıunub". 

Türkiyə mətbuatı isə görüş iştirakçılarının Bəşşar Əsədin gələcək taleyi ilə bağlı konsensusun əldə olunmadığını yazıb.