Sudanda məscidə PUA zərbəsi nəticəsində 43 nəfər ölüb

Digər ölkələr
  • 19 sentyabr, 2025
  • 23:16
Sudanda məscidə PUA zərbəsi nəticəsində 43 nəfər ölüb

Sudanın qərbində, Çevik Reaksiya Qüvvələri (ÇRQ) tərəfinin mühasirəsində olan Əl-Faşir şəhərində ÇRQ-nin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində azı 43 mülki şəxs həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yerli həkimlərə istinadən məlumat yayıb.

Məlumata görə, zərbə sakinlər məscidə cümə namazına toplaşarkən düşüb.

Digər məlumatlara görə, zərbə zamanı 75-ə qədər adam həlak ola bilər, hücum zamanı Əl-Faşir yaxınlığındakı köçkünlər düşərgəsindəki məscid hədəf alınıb.

Əl-Faşir Şimali Darfur əyalətinin paytaxtı və Darfurdakı sonuncu böyük hərbi qaladır. Bir gün əvvəl "Washington Post" xəbər verib ki, şəhərin qərb və cənub məhəllələrində döyüşlər şiddətlənib.

Öz növbəsində "Sudan Tribune" xəbər verib ki, ÇRQ əvvəllər Afrika İttifaqı-BMT sülhməramlı missiyasının Darfurda (UNAMID) Əl-Faşrin şimal-qərbində istifadə etdiyi bazaya soxulmağa nail olub. Obyekt indi hərbçilərlə könüllülər tərəfindən istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti