Kiyev ABŞ-nin Umerovun namizədliyinə razılıq vermədiyi barədə məlumatı təkzib edib

Digər ölkələr
  • 07 avqust, 2026
  • 20:37
Kiyev ABŞ-nin Umerovun namizədliyinə razılıq vermədiyi barədə məlumatı təkzib edib

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerovun Vaşinqtonda səfir vəzifəsinə təyin edilməsi ilə bağlı ABŞ-yə müraciət göndərməyib, buna görə də ABŞ tərəfinin guya imtina etməsi barədə məlumat həqiqətə uyğun deyil.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyinə ukraynalı diplomatik mənbə bildirib.

"Bu məlumat həqiqətə uyğun deyil. Ukrayna tərəfi Rüstəm Umerovun Ukraynanın ABŞ-dəkı səfiri vəzifəsinə namizədliyi ilə bağlı Birləşmiş Ştatlara müraciət göndərməyib. Müraciət olmadığına görə, imtina da ola bilməzdi", - mənbə qeyd edib.

O izah edib ki, diplomatik nümayəndəlik rəhbərinin təyinatı proseduruna əsasən namizədin irəli sürülməsi barədə qərar qəbul edildikdən sonra təyinat üçün ev sahibi dövlətə mütləq aqreman sorğusu göndərilməlidir.

Qeyd edək ki, daha əvvəl Ukrayna mediası Rustem Umerovu Ukraynanın ABŞ-dəkı səfiri vəzifəsinə əsas namizədlərdən biri adlandırıb. Xüsusilə, xalq deputatı Aleksey Qonçarenko ABŞ Dövlət Departamentinin onun namizədliyini razılaşdırmaqdan guya imtina etdiyini iddia edib, halbuki deputat Yaroslav Jeleznyak təyinat məsələsinin hələ də açıq qaldığını bildirib.