​Sudanda Həcc ziyarətinə gedən zəvvarlar qəzaya uğrayıb, 32 nəfər ölüb

Digər ölkələr
  • 09 iyun, 2016
  • 23:28
​Sudanda Həcc ziyarətinə gedən zəvvarlar qəzaya uğrayıb, 32 nəfər ölüb

Bakı. 10 iyun. REPORT.AZ/ Sudanın şərqində zəvvarları daşıyan avtobusun avtosisternlə toqquşması nəticəsində 32 nəfər ölüb, 12 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuata istinadən "Sinxua" məlumat yayıb.

İnsident Xartum və Port-Sudan şəhərləri arasındakı yolda baş verib. Şahidlərin sözlərinə görə, qəza görüntünün pis olması səbəbindən baş verib.

Avtobusun sərnişinləri Kiçik Həcc ziyarəti (Ümrə) üçün Səudiyyə Ərəbistanı istiqamətində gedirlərmiş.