Stefan Düjarrik: “Fələstinin BMT-nin üzvü olması barədə qərarı təşkilatdakı ölkələr verməlidir”

Digər ölkələr
  • 28 noyabr, 2023
  • 21:46
Stefan Düjarrik: “Fələstinin BMT-nin üzvü olması barədə qərarı təşkilatdakı ölkələr verməlidir”

“Fələstinin BMT-nin tamhüquqlu üzvü kimi qəbul edilməsi qərarını dünya təşkilatındakı ölkələr özləri verməlidir”.

“Report”un məlumatına görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, BMT-nin tamhüquqlu üzvlüyünə qəbul prosesi iştirakçı ölkələrin əlindədir və baş katibin iştirakını tələb etmir.

Fələstin Dövlətinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur BMT Baş Assambleyasının iclasında çıxışı zamanı bildirib ki, İsrail-Fələstin münaqişəsi başa çatdıqdan sonra iki dövlətin birgə yaşaması prinsipinin reallaşması üçün Fələstinin dünya təşkilatına tamhüquqlu üzv olması tələb olunur.