Starmer: Britaniyanı daha yaxşı vəziyyətdə təhvil verəcəyəm

Digər ölkələr
  • 24 iyun, 2026
  • 16:58
Starmer: Britaniyanı daha yaxşı vəziyyətdə təhvil verəcəyəm

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəni daha yaxşı vəziyyətdə qoyub gedəcəyini bildirib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə Starmer parlament debatları zamanı bildirib.

K.Starmerin sözlərinə görə, istənilən baş naziri qiymətləndirməyin əsas meyarı onun ölkəni öz varisinə hansı vəziyyətdə təhvil verməsidir: "Bilirəm ki, ölkəni qəbul etdiyim vəziyyətdən daha yaxşı halda təhvil verə biləcəyəm".

Baş nazir həmçinin Mühafizəkarlar Partiyasından olan sələflərini də tənqid edib.

Xatırladaq ki, Kir Starmer iyunun 22-də istefa verdiyini elan edib. O əlavə edib ki, xələfi seçilənə qədər baş nazir vəzifəsini tutmağa davam edəcək.