Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır

Digər ölkələr
  • 15 noyabr, 2026
  • 05:24
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır

Edinburqda minlərlə insan Şotlandiyada süni intellekt (Sİ) sistemləri üçün böyük məlumat emalı mərkəzlərinin tikintisinə qarşı etiraz aksiyasına çıxıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, nümayişçilər parlamentin binasına yürüş ediblər.

Aksiya iştirakçıları data-mərkəzlərin tikintisinin elektrik enerjisi və su istehlakının artmasına səbəb olacağından, ətraf mühitə və kəndlərə ziyan vuracağından, eyni zamanda nisbətən az sayda iş yeri yaradacağından narahatlıqlarını bildiriblər.

Etirazlar fonunda Şotlandiya hökuməti dekabrın sonunadək ərazi, ekoloji və enerji amillərini nəzərə almaqla, data-mərkəzlərin tikintisinin planlaşdırılmasına dair yenilənmiş tövsiyələri təqdim edəcəyinə söz verib.

BBC-nin məlumatına görə, Şotlandiyada fəaliyyət göstərən ən böyük məlumat emalı mərkəzi "DataVita" şirkətinin Erdri şəhərindəki 12 MVt gücündə olan obyektidir. Bununla yanaşı, Çapelkrossda planlaşdırılan data-mərkəzin gücü min MVt-a çata, dünyada ən böyük obyektlərin sırasına daxil ola bilər.

"The Times" qəzetinin verdiyi məlumata görə, Böyük Britaniyada 315-ə yaxın data-mərkəz elektrik şəbəkələrinə qoşulmağı gözləyir.

44 filmi