Sorğu: Hər on fransızdan yeddisi Baş nazirin fəaliyyətini çox mənfi qəbul edir
- 04 yanvar, 2024
- 21:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa əhalisinin üçdə ikisi Elizabet Bornun Baş nazir postundan getməsini istəyir.
“Report” xəbər verir ki, bu barədə “Odoxa Backbone Consulting” ictimai rəy institutunun araşdırmasında göstərilib.
“Le Figaro” qəzetinin sifarişi ilə aparılan sosioloji araşdırmaya əsasən, prezidentin Sosial Liberal İntibah partiyasına rəğbət bəsləyən seçicilər (29%) istisna olmaqla, digər siyasi qüvvələrin tərəfdarlarının əksəriyyəti hökumət başçısının istefasını zəruri hesab edir.
Qeyd olunub ki, Milli Birlik Partiyası seçicilərinin təxminən 80%-i, Sosialist Partiyasını dəstəkləyənlərin 70%-i, solçu “Fəth olunmamış Fransa”ya və ekoloqların 64%-i, sağ mərkəzçi “Respublikaçılar” tərəfdarlarının 60%-i Bornun hökumətə rəhbərlik etməyi dayandırmasını istəyir.
Demək olar ki, hər on fransızdan yeddisi (68%) onun fəaliyyətinin nəticəsini çox mənfi qəbul edir.
Qəzet qeyd edib ki, sorğu son günlər medianın Fransada prezident Emmanuel Makron tərəfindən hazırlandığı iddia edilən növbəti hökumət dəyişikliyi ilə bağlı fərziyyələr fonunda baş tutub.