Sonuncu macar girov HƏMAS əsarətindən azad edilib
- 13 oktyabr, 2025
- 10:32

Sonuncu macar girov HƏMAS əsarətindən azad edilib.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto "X"də yazıb.
O qeyd edib ki, iki ildən çox vaxt keçdikdən sonra HƏMAS sonuncu macar girov Omri Miranı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
"İbrahim sazişləri"ndən (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlər - müəl.) beş il sonra bir daha Yaxın Şərq xalqları üçün dinc, təhlükəsiz və terrorizmdən azad bir həyat ümidi təklif edən yeni bir razılaşmaya vasitəçilik edən ABŞ Prezidenti Donald Trampa dərin təşəkkürümüzü bildiririk. Həmçinin, qətərli və misirli dostlarımıza da yorulmaz vasitəçilik səylərinə görə təşəkkür edirik", - deyə Macarıstan XİN başçısı əlavə edib.
After more than two years, the long-awaited news has finally arrived just moments ago: Hamas has handed over Omri Miran to the Red Cross, meaning the last Hungarian hostage has been freed from Hamas captivity.
— Péter Szijjártó (@FM_Szijjarto) October 13, 2025
Great appreciation goes to @realDonaldTrump, who, five years after…