Sloveniya "Black Cube"un əməkdaşlarının ərazisinə girişini qadağan edəcək
- 10 aprel, 2026
- 03:56
Sloveniya polisi ölkənin Kəşfiyyat və Təhlükəsizlik Agentliyindən beynəlxalq özəl kəşfiyyat və təhlil şirkəti "Black Cube"un işçiləri haqqında şəxsi məlumatlar alıb və onların ölkəyə girişini qadağan etmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə "Delo" qəzeti xəbər verib.
"Kəşfiyyat xidmətinin məlumatlarında adı çəkilən şəxslərin Sloveniyaya yenidən daxil olması ehtimalı halında, polisə lazımi qaydada xəbərdarlıq ediləcək və müvafiq tədbirlər görülə biləcək", - polisdən bildirilib.
Qeyd olunur ki, martın ortalarında Sloveniya mediası 2025-ci ilin dekabrında Lyublyanada "Black Cube" nümayəndələri ilə müxalifətdəki Sloveniya Demokrat Partiyasının sədri Yanez Yanşa arasında görüş barədə məlumat yayıb.
Sonra söhbətlərin videogörüntüləri internetdə yayılıb və müxalifətdəki siyasi rəqiblər arasında korrupsiyanı üzə çıxarıb.
Bundan sonra Sloveniyanın Baş naziri Robert Qolob Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeni "Black Cube"un ölkənin seçki kampaniyasına mümkün müdaxiləsi ilə bağlı məlumatları araşdırmağa çağırıb.
Sloveniyanın Demokrat Partiyası 22 martda keçirilən parlament seçkilərində Baş nazirin partiyasına cüzi fərqlə uduzaraq ikinci yeri tutub.