ŞKTR-də keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb

Digər ölkələr
  • 20 oktyabr, 2025
  • 07:14
ŞKTR-də keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb

Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə məlumat ŞKTR Ali Seçki Şurasının rəsmi saytında dərc olunub.

Rəqəmlərə əsasən, 777 seçki qutusunun hər biri açıldıqdan sonra Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman seçicilərin 62,76 faizinin (87 137) etimadını qazanaraq ölkənin yeni prezidenti seçilib.

Müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,76 faiz (49 650) səs toplayıb.

Rəqəmlərdən aydın olub ki, ölkə üzrə seçici fəallığı 64,82 faiz təşkil edib. Belə ki, səsvermə hüququna sahib olan 218 313 nəfərdən 138 839 nəfəri demokratik haqqından istifadə edib.

Qeyd edək ki, seçkinin ilkin nəticələri açıqlandıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni prezidentini təbrik edib. Türkiyə Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq bu seçkilərin "ŞKTR-dəki dövlət ənənəsini və demokratiya mədəniyyətini" əks etdirdiyini vurğulayıb.

Seçkilərə fərqli reaksiya isə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalıdan gəlib. Belə ki, o, ŞKTR parlamentini təcili iclas keçirməyə çağıraraq parlamentarilərin ŞKTR-in Türkiyəyə birləşməsinə qərar verməli olduqlarını açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti