Sinqapurda son sutkada rekord sayda yoluxma qeydə alındı

Digər ölkələr
  • 20 aprel, 2020
  • 08:41
Sinqapurda son sutkada rekord sayda yoluxma qeydə alındı

Sinqapurda son sutkada daha 1 426 nəfər koronvirusa yoluxub.

“Report” “TASS”a istinadən xəbər verir ki, məlumatı Sinqapurun Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, sutkalıq yoluxma hadisəsi üzrə bu göstərici rekord sayılır. Sinqapur üzrə yoluxanların ümumi sayı 8 014-ə çatıb. Koronavirus qurbanlarının sayı isə 11 nəfərdir.