​Sinayda baş vermiş terror aktı nəticəsində 4 Misir hərbçisi həlak olub, 12 nəfər yaralanıb

Digər ölkələr
  • 27 yanvar, 2016
  • 17:02
​Sinayda baş vermiş terror aktı nəticəsində 4 Misir hərbçisi həlak olub, 12 nəfər yaralanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Yanvarın 27-də Sinayın şimalında törədilən terror aktı nəticəsində 4 Misir hərbçisi həlak olub, 12 nəfər isə yaralanıb.

"Report"un "Sky News Arabia" peyk telekanalına istinadən verdiyi xəbərə görə, zirehli maşın Sinayın şimal əyalətinin paytaxtı sayılan əl-Eyriş şəhərindən cənubda əldəqayırma bomba ilə partladılıb.

Həlak olanlardan biri zabit, qalan üçü isə əsgərdir.