Şimali Koreya yeni raket sınağına hazırlaşır

Digər ölkələr
  • 19 iyul, 2017
  • 18:49
Şimali Koreya yeni raket sınağına hazırlaşır

Bakı. 19 iyul. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni raket sınağına hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumat aldığı mənbə əmin deyil ki, bu qitələrarası raketin, yoxsa orta mənzilli raketin sınağıdır. 

Xatırladaq ki, KXDR iyun ayının 4-də "Xvason-14 raketinin sınağını keçirib. Həmin raketin 933 km məsafə qət etdiyi və 2802 km hündürlüyə qalxdığı söylənilirdi. Roketin ümumi uçuş vaxtı 39 dəqiqə olub.