​Şimali Koreya lideri ordunu Seula hücum üçün hazır olmağa çağırıb

Digər ölkələr
  • 25 mart, 2016
  • 02:31
​Şimali Koreya lideri ordunu Seula hücum üçün hazır olmağa çağırıb

Bakı. 25 mart. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen In cümə günü artilleriya təlimlərini təftiş edərkən, əsgərləri hücum əmri olan kimi Seuldakı hökumət təşkilatlarına zərbə endirmək üçün hazır olmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyinə istinadən "Renxap" nəşri məlumat yayıb.

O bildirib ki, Şimali Koreya Cənubi Koreyanın dövlət institutlarını "amansızcasına məhv edərək" ölkənin birləşməsinə nail olmalıdır. In qeyd edib ki, ordu döyüş ruhu və ayıq-sayıqlığını yüksək səviyyədə saxlamalıdır.