​Şimali Koreya ABŞ-la İran arasında əldə olunan razılaşmaya bənzər müqavilədə maraqlı deyil

Digər ölkələr
  • 21 iyul, 2015
  • 05:59
​Şimali Koreya ABŞ-la İran arasında əldə olunan razılaşmaya bənzər müqavilədə maraqlı deyil

Bakı. 21 iyul. REPORT.AZ/ Şimali Koreya İranın nüvə proqramı ətrafında baş verən dialoqa bənzər danışıqlarda iştirak etməyəcək. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər nazirliyindən bildirilib.

"Bizim vəziyyətimizi İranın nüvə müqaviləsi ilə müqayisə etmək məntiqsiz olar, çünki ABŞ silahlı qüvvələri daim bizi provokasiyalara təhrik edir", - bəyanatda deyilir.

Nazirlikdən bildirilib ki, Şimali Koreya öz nüvə proqramından hər hansı formada baş tuta biləcək dialoq vasitəsilə imtina etməkdə maraqlı deyil. 

44 - Tezliklə