Sibiqa: Gələn həftə Ukraynaya Polşa hərbçilərindən ibarət nümayəndə heyəti gələcək

Digər ölkələr
  • 12 sentyabr, 2025
  • 20:07
Sibiqa: Gələn həftə Ukraynaya Polşa hərbçilərindən ibarət nümayəndə heyəti gələcək

Polşa hərbçilərindən ibarət nümayəndə heyəti sentyabrın 18-də Ukraynaya gələcək və onlar Rusiya pilotsuz uçuş aparatlarının Ukrayna hərbçiləri tərəfindən vurulması üsullarını öyrənəcək.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa mətbuat konfransında bildirib.

"Ukrayna tərəfi dronların Polşanın hava məkanı vasitəsilə hərəkəti barədə polşalı həmkarlarını əvvəlcədən xəbərdar edib. Cümə axşamı Polşa hərbçilərindən ibarət nümayəndə heyətinin gəlişini gözləyirik. Onlar bizim hərbçilərlə birgə işləyəcəklər", - o deyib.

Nazir qeyd edib ki, hazırda bu cür təhdidlərə qarşı dayanmaq üçün yalnız Ukraynanın lazımi təcrübəsi var: "Sonuncu hücum zamanı bizə qarşı 800-ə yaxın pilotsuz uçuş aparatdan istifadə edilib. Effektivliyimizin faizinə baxın. Təəssüf ki, bu döyüş təcrübəsi hər gün toplanır və bu, həm də ümumi təhlükəsizliyə töhfəmizdir".

Sibiqa əlavə edib ki, beynəlxalq tərəfdaşlar təcrübə mübadiləsinin vacibliyini başa düşür və Ukrayna ümumi təhlükəsizlik məkanı çərçivəsində təhdidləri minimuma endirmək üçün öz biliklərini bölüşməyə hazırdır.

Son xəbərlər

Bütün Xəbər Lenti