Sibiqa: Azərbaycan Ukraynaya avtobuslar verib və 45 milyon dollarlıq yardım edib
- 25 aprel, 2026
- 19:33
Azərbaycan yerli icmaların ehtiyacları üçün humanitar yardım kimi Ukraynaya beş sərnişin avtobusu verib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycan hücumlar şəraitində enerji sisteminin işini təmin etmək üçün generatorlar, transformatorlar və digər kritik vacib avadanlıqlar da daxil olmaqla, 45 milyon dollardan çox məbləğdə humanitar yardım edərək Ukrayna xalqına dəfələrlə dəstək göstərib.
Sibiqa həmçinin qeyd edib ki, 500-dən çox ukraynalı uşaq Azərbaycan ərazisində bərpa proqramlarında iştirak edib.
O vurğulayıb ki, Ukrayna ölkəyə dayanıqlığını qorumağa və irəli getməyə kömək edən bu cür dəstəyi yüksək qiymətləndirir.
During this visit, Azerbaijan has provided five passenger buses to Ukraine as humanitarian assistance for the needs of our communities.
— Andrii Sybiha 🇺🇦 (@andrii_sybiha) April 25, 2026
Since 2022, Azerbaijan has repeatedly made its contribution to supporting the Ukrainian people. In particular, it has provided more than $45… pic.twitter.com/kcDcnfzRTK