Si Cinpin Qırğızıstana dövlət səfəri edəcək
- 25 iyul, 2026
- 09:00
Çin lideri Si Cinpin 31 avqust - 1 sentyabr tarixləri aralığında Qırğızıstana dövlət səfəri edəcək və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın xairic işlər naziri Ceenbek Kulubayev çinli həmkarı Van İ ilə görüşündə bildirib.
"Bugünkü görüş bizə Çin Sədri cənab Si Cinpinin Qırğız Respublikasına dövlət səfərinə hazırlıq məsələlərini və onun ŞƏT sammitində iştirakını müzakirə etmək imkanı verib", - Kulubayev bildirib.
Nazirin sözlərinə görə, son illər Qırğızıstan və Çin arasında münasibətlər qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında davamlı olaraq inkişaf edir. O həmçinin qeyd edib ki, iki ölkə arasında siyasi fikir ayrılıqları yoxdur, ali səviyyədə müntəzəm təmaslar isə yaxşı ənənəyə çevrilib.
Təşkilatın dövlət başçılarının iştirakı ilə ŞƏT sammiti 31 avqust - 1 sentyabr tarixləri aralığında Qırğızıstanda keçiriləcək.