Səudiyyə Ərəbistanının paytaxtı raket atəşinə tutulub, partlayış səsləri eşidilib

Digər ölkələr
  • 11 aprel, 2018
  • 15:58
Səudiyyə Ərəbistanının paytaxtı raket atəşinə tutulub, partlayış səsləri eşidilib

Bakı. 11 aprel. ­REPORT.AZ/ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhəri raket atəşinə tutulub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, şahidlər paytaxtda üç güclü partlayışın baş verdiyini deyiblər. 

"Al-Arabiya" televiziyası isə Yəmən ərazisindən Husilərin atdığı raketlərin zərərsizləşdirildiyi barədə məlumat yayıb. Ölkənin Hava Müdafiə Qüvvələrindən bildirilib ki, Cizan şəhəri istiqamətinə atılan raketlər zərərsizləşdirilib.