Səudiyyə Ərəbistanı Yəmən paytaxtına havadan zərbə endirib, 39 nəfər ölüb, 80-dən çox yaralı var - YENİLƏNİB

Digər ölkələr
  • 13 dekabr, 2017
  • 09:52
Səudiyyə Ərəbistanı Yəmən paytaxtına havadan zərbə endirib, 39 nəfər ölüb, 80-dən çox yaralı var - YENİLƏNİB

Bakı. 13 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husi qiyamçılarının nəzarəti altında olan Səna şəhərinin polis idarəsinə havadan zərbə endirməsi nəticəsində 39 nəfər ölüb. 

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.


*** 13:52

Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husi qiyamçılarının nəzarəti altında olan Səna şəhərinin polis idarəsinə havadan zərbə endirməsi nəticəsində onlarla insan ölüb və yaralanıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, 80-dən çox yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı polis idarəsinin binasında 180 nəfər olub.