​"Sərhədsiz həkimlər": "Suriyada xəstəxananın bombalanması araşdırılmalıdır"

Digər ölkələr
  • 18 fevral, 2016
  • 13:00
​Sərhədsiz həkimlər: Suriyada xəstəxananın bombalanması araşdırılmalıdır

Bakı. 18 fevral. REPORT.AZ/ "Sərhədsiz həkimlər" Təşkilatı Suriyada xəstəxananın bombalanması ilə bağlı məsələnin araşdırılmasını tələb edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda təşkilatın təmsilçisi Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

"Bu, müstəqil olaraq araşdırılmalıdır. Xəstəxanalara hücumlar bilərəkdən də ola bilər", - deyə təşkilatın başçısı Coann Lyu vurğulayıb.

Qeyd edək ki, fevralın 15-də Rusiya döyüş təyyarələrinin Suriyanın Əziz şəhərinə iki ballistik raket atması nəticəsində məktəb və xəstəxana dağılıb, çoxlu sayda dinc sakin həyatını itirib.