Sergey Lavrov: “Taliban" hələ bütün Əfqanıstana nəzarət etmir”
Digər ölkələr
- 19 avqust, 2021
- 11:17

Rusiya XİN başçısı Sergey Lavrov “Taliban” qruplaşmasının hələ bütün Əfqanıstan ərazisinə nəzarət etmədiyini bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, Əfqanıstandakı bütün qüvvələri dialoqa çağırıb.
“Əfqanıstanın Pəncşir vilayətindəki situasiya barədə məlumatlar var. Orada Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin və Əhməd Məsudun müqavimət qüvvələri toplaşıb. Vətəndaş müharibəsi bütün Əfqanıstana yayılanda biz bütün qüvvələrin iştirakı ilə ümummilli dialoqa çağırmışdıq. İndi də tərəfləri bütün etnokonfessional qüvvələrin iştirakı ilə ümummili dialoqun gerçəkləşdirilməsinə çağırırıq. Bu, əzabkeş ölkədə hökumətin formalaşmasına, nümayəndəli idarəetmənin yaranmasına imkan verəcək”, - S.Lavrov bəyan edib.
Son xəbərlər
21:54
Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb
Hadisə21:53
Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirib
Futbol21:48
Gəncədə azyaşlı bədbəxt hadisə nəticəsində ölüb
Hadisə21:42
Netanyahu Yəməndə husiləri yeni zərbələrlə hədələyib
Digər ölkələr21:42
Fransada iğtişaşlar zamanı 300-dən çox aksiyaçı saxlanılıb
Digər ölkələr21:39
Video
Qərbi Azərbaycan Xronikası: Erməni faşizminin kökləri
Daxili siyasət21:33
BMT İranla AEBA arasında nüvə yoxlamaları barədə razılıq əldə olunmasını alqışlayıb
Digər ölkələr21:27
Eyal Zamir: Suriyada hərəkət azadlığımıza təhlükə yaradan fəaliyyətlərin qarşısını aldıq
Digər ölkələr21:12