Serbiyanın Starçevo şəhərciyində partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb
Digər ölkələr
- 18 iyul, 2026
- 10:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən gecə Serbiyanın Starçevo şəhərciyində fərdi evin həyətində baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Zərərçəkənlər təcili olaraq tibb müəssisəsinə çatdırılıb və orada onlara lazımi yardım göstərilib.
Məlumat daxil olduqdan sonra polis dərhal hadisə yerini mühasirəyə alıb.
Hadisə yerinə baxış davam edir və yurisdiksiyasına Starçevonun daxil olduğu Pançevo şəhər prokurorluğu ilə birlikdə aparılır.
Son xəbərlər
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Digər ölkələr
02:57
Türkiyə Aİ-dən onu "Made in EU" sənaye strategiyasına daxil etməyə çağırıb
Digər ölkələr
02:45
Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb
Digər ölkələr
02:16
"Forbes": İlon Mask yenidən trilyoner statusunu itirib
Digər ölkələr
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr
01:33
Aİ və Türkiyə ticarət maneəsini aradan qaldırmağı, gömrük prosedurlarını sürətləndirməyi razılaşdırıblar
Digər ölkələr
01:19
DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır
Region