Senat dövlət katibinin müavini postuna Stiven Biqanın namizədliyini bəyənib

Digər ölkələr
  • 20 dekabr, 2019
  • 04:23
Senat dövlət katibinin müavini postuna Stiven Biqanın namizədliyini bəyənib

ABŞ Konqresinin Senatı dövlət katibinin birinci müavini vəzifəsinə Birləşmiş Ştatların KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın namizədliyini bəyənib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Onun namizədliyi prezident Donald Tramp tərəfindən irəli sürülüb.

Biqan bu vəzifədə senatorların daha əvvəl ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə təsdiq etdikləri Con Sallivanı əvəz edəcək. Bu halda o Koreya Xalq Demokratik Respublikası üzrə xüsusi nümayəndə kimi qalacaq. Yaxın vaxtlarda Biqan and içəcək.

Oktyabrın 17-də Tramp ABŞ-ın ali qanunverici orqanının yuxarı palatasına Birləşmiş Ştatların Moskvadakı səfiri vəzifəsinə Sallivanın namizədliyinə baxmağı təklif edib. Oktyabrın 3-də Con Hantsmanın səlahiyyətləri başa çatıb.