Səəd Həriri qərarını dəyişib və baş nazir vəzifəsindən istefa verməkdən imtina edib

Digər ölkələr
  • 22 noyabr, 2017
  • 10:10
Səəd Həriri qərarını dəyişib və baş nazir vəzifəsindən istefa verməkdən imtina edib

Bakı. 22 noyabr. REPORT.AZ/ Livanın Baş naziri Səəd Həriri qərarını dəyişib və istefa verməkdən imtina edib.

“Report” xarici KİV-inə istinadən xəbər verir ki, o, bu addımı Livan Prezidenti Mişel Aunun xahişi ilə atdığını bildirib.

Qeyd edək ki, S.Həriri həyatına təhlükə yaranması səbəbindən noyabrın 4-də istefaya getdiyinə dair bəyanatla çıxış edib. Noyabrın 12-də isə o, Livan hökuməti tərəfindən elan olunan neytrallıq prinsipinə əməl ediləcəyi və bölgədəki münaqişələrdən çıxacağı halda qərarını dəyişməyə və hökumət başçısı vəzifəsində qalmağa hazır olduğunu açıqlayıb. 

Noyabrın 22-də gecə saatlarında Səəd Həriri vəzifəsindən istefa verdikdən sonra ilk dəfə Livana qayıdıb.

Qeyd edək ki, o, 2016-cı il noyabrın 3-də Livanın baş naziri təyin olunub.

44 - Tezliklə