Sadır Japarov: Qırğızıstanın ŞƏT-ə sədrliyi təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirib
- 01 sentyabr, 2026
- 09:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyi dövründə 200-ə yaxın tədbir keçirib ki, bu da təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə töhfə verib.
"Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov ŞƏT ölkələrinin Dövlət Başçıları Şurasının iclasını açarkən bildirib.
"Qırğızıstanın sədrliyi dövründə 200-ə yaxın tədbir keçirilib. Bu müddət ərzində təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət möhkəmləndirilib, iqtisadi və nəqliyyat baxımından qarşılıqlı əlaqəlilik inkişaf etdirilib, mədəni-humanitar əlaqələr dərinləşdirilib, rəqəmsal inkişaf və süni intellekt üzrə məsələlər isə təşkilatın praktiki prioritetləri sırasına daxil edilib", - o vurğulayıb.
S.Japarovun sözlərinə görə, ölkə liderləri sammitdə üzv dövlətlərin qarşısında duran aktual məsələləri müzakirə edəcək, həmçinin gələcək qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən edəcəklər.
Qırğızıstan lideri ayrıca olaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürünü bildirərək qeyd edib ki, ölkə üçün bayram və əlamətdar gün olan Müstəqillik Gününə baxmayaraq, o, Bişkekə gəlmək və iclasda iştirak etmək imkanı tapıb.