Rutte: NATO Litvaya hava şarları ilə mübarizədə tam dəstək verəcək
- 28 oktyabr, 2025
- 23:00
NATO Litvanın hava məkanını pozan helium şarlarına qarşı mübarizəsini tam dəstəkləyir, alyansın hava və quru qüvvələrini bu ölkəyə cəlb etməyə hazırdır.
"Report"un məlumatına görə, bunu NATO-nun baş katibi Mark Rutte "X"də yazıb.
"İndicə Litva Prezidenti Gitanas Nauseda ilə Litva hava məkanındakı təhdidlər barədə danışdım. NATO hazırda İspaniya və Macarıstanı əhatə edən hava patrulu missiyası və Almaniyanın rəhbərlik etdiyi döyüş qrupu da daxil olmaqla, Litvaya dəstəyini qətiyyətlə davam etdirir", - Rutte yazıb.
Ötən həftə Vilnüs Beynəlxalq Aeroportu ölkənin hava məkanında onlarla helium hava şarının peyda olması səbəbindən üç dəfə fəaliyyətini dayandırıb. Vilnüs bildirib ki, bu şarlar Belarusdan olan siqaret qaçaqmalçıları tərəfindən buraxılıb.
Litva Prezidenti artıq məsələ ilə bağlı Kalininqrad tranzitinin dayandırılmasını tələb edib. Litva Müdafiə Nazirliyi şar əleyhinə ən yaxşı müdafiə üçün bir milyon avro mükafat elan edib.