Rusiyanın zərbələri nəticəsində Xarkov və Zaporojye vilayətlərində 58 nəfər yaralanıb - YENİLƏNİB

Digər ölkələr
  • 09 iyul, 2026
  • 11:28
Rusiyanın zərbələri nəticəsində Xarkov və Zaporojye vilayətlərində 58 nəfər yaralanıb - YENİLƏNİB

Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Xarkovda üç nəfər ölüb, 50 nəfər xəsarət alıb.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

"Zərbələr nəticəsində üç nəfər həlak olub, 50 nəfər xəsarət alıb, onların arasında 4 uşaq var", - o qeyd edib.

O.Sinequbovun sözlərinə görə, Rusiya Xarkova və vilayətin 9 yaşayış məntəqəsinə raketlər, idarə olunan aviabombalar və müxtəlif tipli pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Ötən sutka ərzində Ukraynanın Zaporojye şəhərinə və Zaporojye rayonuna Rusiyanın hücumları nəticəsində 8 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, bir sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 52 yaşayış məntəqəsinə 934 zərbə endirib. Xüsusilə, 30 aviazərbə, 661 pilotsuz uçuş aparatının hücumu, reaktiv yaylım atəşi sistemlərindən 2 atəş və 241 artilleriya zərbəsi qeydə alınıb.

Bundan başqa, infrastruktur obyektlərinin, yaşayış evlərinin və avtomobillərin zədələndiyinə dair 101 məlumat daxil olub.

44 - Tezliklə