Rusiyanın Xersona endirdiyi zərbələr nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb
Digər ölkələr
- 31 avqust, 2025
- 13:33
Ukraynanın Xerson vilayətində Rusiya ordusunun artilleriya atəşləri nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə Xerson vilayətinin dövlət administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.
"Rusiya təcavüzü nəticəsində 1 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb," – deyə o, "Telegram" kanalında yazıb.
Prokudin qeyd edib ki, son sutka ərzində düşmən dronları, hava zərbələri və artilleriya atəşləri nəticəsində bir sıra şəhərlər atəşə tutulub.
Onun sözlərinə görə, Rusiya hərbçiləri kritik və sosial infrastruktur obyektlərini, yaşayış məhəllələrini hədəfə alıblar. 8 fərdi yaşayış evi zədələnib. Həmçinin yanacaqoldurma məntəqəsi, şəxsi qaraj və bir neçə avtomobilə ziyan dəyib.
Son xəbərlər
23:39
Macarıstan Pakş AES-də ABŞ-nin nüvə yanacağından istifadə etməyi planlaşdırır
Digər ölkələr23:27
Kobaxidze: Gürcüstan və Azərbaycan arasında müstəsna dostluq münasibətləri mövcuddur
Region23:26
Gürcüstanın Baş naziri: Ölkənin NATO-ya üzvlük perspektivi qeyri-müəyyəndir
Region23:23
AK daxili yanma mühərrikli avtomobillərə qoyulan qadağanı 2035-ci ildən yenidən nəzərdən keçirə bilər
Digər ölkələr23:20
Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir
Hadisə23:19
Vaşinqtonda daşqın nəticəsində su bəndi yarılıb, ölən var
Digər ölkələr23:02
Tehranda yaşayış binası çöküb, dağıntılar altında qalanlar var
Region22:55
Foto
Azərbaycanın tanınmış güləşçiləri Laçında məktəbdə olublar
Fərdi22:46