Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri nəticəsində daha beş nəfər həlak olub

Digər ölkələr
  • 11 oktyabr, 2025
  • 21:49
Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri nəticəsində daha beş nəfər həlak olub

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Konstantinovka, Xerson və Nikopol şəhərlərini atəşə tutması nəticəsində beş nəfər ölüb, dörd nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı rəsmilərə istinadən məlumat yayıb.

Konstantinovka şəhər hərbi administrasiyasının rəhbəri Sergey Qorbunovun sözlərinə görə, FAB-250 aviabombasının kilsə ərazisinə endirilməsi nəticəsində iki yerli sakin həlak olub, dörd nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, partlayış nəticəsində kilsənin fasadına və doqquz fərdi yaşayış evinə ziyan dəyib.

Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, rus qoşunları bölgənin bir neçə yaşayış məntəqəsini artilleriyadan atəşə tutub, nəticədə iki nəfər ölüb.

Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın sözlərinə görə, 23 yaşlı qadın Nikopolda pilotsuz təyyarənin endirilməsi nəticəsində həlak olub.

Daha əvvəl bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojjya vilayətində 14 yaşayış məntəqəsini atəşə tutması nəticəsində iki nəfər ölüb, 11 nəfər yaralanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti