Rusiyanın Ukraynanın Sumı vilayətinə endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb
- 25 iyul, 2026
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Ukraynanın Sumı vilayətinə dronlarla endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" ölkə polisinin bəyanatına istinadən məlumat yayıb.
Bundan əlavə, 9 nəfərin yaralandığı bildirilir.
"Yaşayış evləri, müəssisələr, kritik infrastruktur obyektləri, yanacaqdoldurma məntəqələri, nəqliyyat vasitələri və digər mülki obyektlər zədələnib", - məlumatda qeyd olunub.
Ukrayna mediasının məlumatına görə, Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinə də hücum edib.
"Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Xarkova və vilayətin 15 yaşayış məntəqəsinə zərbələr endirib; 1 nəfər ölüb, daha 14 nəfər xəsarət alıb", - Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.