Rusiyanın Ukraynanın liman infrastrukturuna endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb

Digər ölkələr
  • 17 iyul, 2026
  • 13:06
Rusiyanın Ukraynanın liman infrastrukturuna endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Nikolayev şəhərinin liman infrastrukturuna endirdiyi zərbələr nəticəsində xarici gəminin göyərtəsində olan iki nəfər ölüb.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Nikolayev vilayət prokurorluğunun məlumatında bildirilib.

Məlumata görə, hücum nəticəsində xarici bayraqlar altındakı üç mülki gəmiyə ziyan dəyib.

Zərbələr "Shahed" pilotsuz uçuş aparatları vasitəsilə endirilib. Ölənlər Ukrayna vətəndaşları olub.