Rusiyanın Slavyanska zərbəsi zamanı Latviyanın fəxri konsulluğu zədələnib

Digər ölkələr
  • 24 iyul, 2026
  • 15:10
Rusiyanın Slavyanska zərbəsi zamanı Latviyanın fəxri konsulluğu zədələnib

Rusiya qoşunları iyulun 24-ü səhər saatlarında Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərinə aviazərbə endirib, nəticədə 5 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya hərbçiləri şəhərə iki aviabomba atıblar:

"5 nəfər ölüb və 9 nəfər yaralanıb – zərbənin ilkin nəticələri belədir".

Hücum nəticəsində 10 fərdi ev, müəssisələrdən biri, eləcə də Latviyanın fəxri konsulluğunun binası zədələnib.

44 filmi