Rusiyanın Mirnoqrada endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb
Digər ölkələr
- 22 aprel, 2025
- 20:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mirnoqrad şəhərinə aviazərbə endirib, nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Donetsk Vilayət Prokurorluğu və Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkinə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanları Rusiya ordusunun bu gün Mirnoqrada iki dəfə zərbə endirdiyini bildiriblər. İlk zərbə zamanı 72 yaşlı şəhər sakini aldığı yaralardan ölüb. İkinci zərbə isə pilotsuz uçuş aparatları ilə edilib və şəhərin girişində avtomobilin nişan alınması ilə 63 yaşlı qadın və 75 yaşlı kişi ölüb.
Bundan əlavə, şəhərin mərkəzində iki nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
06:50
ABŞ-də nar şirəsi zavodunda kimyəvi sızma olub, 58 nəfər zəhərlənib
Digər ölkələr
06:27
Politico: ABŞ Rusiyaya Ukraynaya NATO modelində təhlükəsizlik zəmanətləri verməyi təklif edib
Digər ölkələr
05:56
Alimlər infarktdan sonra ürək toxumasını bərpa edəcək terapiya hazırlayıblar
Sağlamlıq
05:25
ABŞ-yə Rusiya dizeli daşıyan tankerlər marşrutlarını dəyişiblər
Digər ölkələr
04:54
Karik "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən qovula bilər
Futbol
04:15
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
Digər ölkələr
03:41
Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
Digər ölkələr
03:23
UFC rəhbəri Trampın mətbuat katibi olmaq təklifini rədd edib
Digər ölkələr
02:40
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Region