Rusiyanın hücumu Odessanın enerji sisteminə ciddi ziyan vurub

Digər ölkələr
  • 17 fevral, 2026
  • 12:00
Rusiyanın hücumu Odessanın enerji sisteminə ciddi ziyan vurub

Rusiyanın çərşənbə axşamına keçən gecə Odessaya hücumu nəticəsində enerji infrastrukturuna dəyən ziyanın bərpası uzun vaxt tələb edəcək.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Donbas Yanacaq-Energetika Şirkəti "Telegram" kanalında məlumat yayıb.

"Rusiya gecə saatlarında Odessanın enerji infrastrukturuna yenidən dağıdıcı zərbələr endirib. Avadanlığı işlək vəziyyətə qaytarmaq üçün təmir işləri uzun vaxt aparacaq", - məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda zərbələrin endirildiyi ərazidə dağıntıların təmizlənməsi işləri davam edir.

"Hücumun nəticələrini mümkün qədər tez aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Əsas vəzifə kritik infrastruktur obyektlərinə elektrik enerjisinin verilişini bərpa etməkdir", - məlumatda vurğulanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti