Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: ölənlər var

Digər ölkələr
  • 15 noyabr, 2017
  • 04:27
Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: ölənlər var

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiyada yüngül mühərrikli sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.

İlkin məlumata görə, hadisə Xabarovsk diyarında, təyyarə eniş edərkən baş verib. Hadisə nəticəsində 8 nəfər həlak olub. 

Qəza zamanı 1 uşağın sağ qaldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.