Rusiyada bazarda atəş açan azərbaycanlı 11 illik həbs cəzasına məhkum edilib
Digər ölkələr
- 18 iyul, 2018
- 11:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 iyul. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində yerləşən "Vyetnam bazarında" adam öldürməyə cəhd göstərməkdə təqsirləndirilən 38 yaşlı azərbaycanlı həbs edilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, onun barəsində Sovet rayon məhkəməsi hökm çıxarıb.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il həbs cəzasına məhkum edilib.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs 2017-ci ilin noyabrında borca görə iki nəfərlə Jurnalistlər küçəsində ticarət pavilyonunun yanında mübahisə edib. Əsəbləşən müttəhim 1933-cü ilin modeli olan TT tapançasından mübahisə etdiyi adamlara dörd dəfə atəş açıb. Yaralılar xəstəxanaya çatdırılıb və sağ qalıblar.
Müttəhim təqsirini qəbul etməyib.
Son xəbərlər
23:15
ABŞ hərbçiləri narkotik daşıyan gəmiyə zərbə endirib, 5 nəfər ölüb
Digər ölkələr
23:02
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Energetika
22:52
BCM yeni prokuroru 2027-ci ilin dekabrında seçəcək
Digər ölkələr
22:44
"Çelsi"nin hücumçusu Joao Pedro bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol
22:42
Foto
Kolumbiya-Venesuela sərhədində partlayış baş verib, polislər yaralanıb
Digər ölkələr
22:25
Foto
Video
Azərbaycanlıların yaşadığı Qıvraq kəndi: tarixdən silinən izlər və susan yaddaş
Daxili siyasət
22:12
Türkiyə Egey və Şərqi Aralıq dənizindəki hüquqlarından güzəştə getməyəcək
Region
22:01
"CNN Brasil": Bolsonaru ailəsi ilə birlikdə ABŞ-yə qaçıb
Digər ölkələr
21:53
"Sabah" FIBA Çempionlar Liqasında Fransa klubuna qalib gəlib
Komanda