Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində altı nəfər həlak olub - YENİLƏNİB
- 11 avqust, 2026
- 08:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Zaporojye vilayəti Rusiya-Ukrayna münaqişəsinin başlanmasından bəri ən ağır sutkalardan birini yaşayıb - Rusiyanın irimiqyaslı zərbələri nəticəsində altı nəfər həlak olub, 52 nəfər isə yaralanıb.
"Report" xəbər verir ki, müvafiq məlumatı Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov öz "Telegram" kanalında açıqlayıb.
Onun sözlərinə görə, sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 58 yaşayış məntəqəsinə ümumilikdə 938 zərbə endirib.
Qeyd olunub ki, Rusiya qoşunları Zaporojyevə digər yaşayış məntəqələrinə 23 aviasiya zərbəsi endirib.
Həmçinin yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi barədə 341 məlumat daxil olub.
Rusiya ordusunun Zaporojyeyə endirdiyi zərbə nəticəsində beş nəfər həlak olub, 20 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, müvafiq məlumatı Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov öz "Telegram" kanalında yayıb.
Onun məlumatına əsasən, Rusiya ordusu şəhərin sənaye obyektlərinə və infrastruktur qurğularına zərbələr endirib.
Bildirilib ki, hücum nəticəsində bir sıra tikililər zədələnib.
Tibb işçiləri bütün zərərçəkənləri tam həcmdə zəruri yardımla təmin edirlər.